image-tbrz
image-6a6c261d-41ae-4f56-bc0f-5fc51be24e57backend

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.

İNFOAZ.WS birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3 000,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,84% artaraq 34,6 ABŞ dollarına bərabər olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki