Son dövrlər sosial şəbəkələrdə sağlam qidalanma mövzusunda hazırladığı videolarla geniş auditoriyanın diqqətini cəlb edən Şef Ceyhun TikTok, YouTube və Instagram platformalarında yüksək reytinqli izlənmələr toplayır. Onun paylaşımları qısa zamanda milyonlarla baxış əldə edərək sosial mediada trendə çevrilir.
Şef Ceyhunun izləyicilərinə səsləndirdiyi əsas şüar isə sadə və aydındır: “Sağlam qida, sağlam həyat.” Bu yanaşma onun fəaliyyətinin əsas fəlsəfəsini təşkil edir. O, yalnız resept paylaşmaqla kifayətlənmir, eyni zamanda düzgün və balanslı qidalanmanın insan sağlamlığına təsirini elmi və praktik əsaslarla izah edir.

“Ölkədə nümunəsi olmayan tərz” kimi qiymətləndirilən təqdimat formatı ilə Şef Ceyhun ənənəvi mətbəxi müasir yanaşma ilə birləşdirir. Onun videolarında şəkərli diabet, xərçəng kimi geniş yayılmış xəstəliklərin qarşısının alınması və müalicə prosesində düzgün qidalanmanın rolu xüsusi vurğulanır. Şef izləyicilərinə sağlam həyat üçün faydalı qida seçimləri barədə maarifləndirici məlumatlar verir.
Şef Ceyhun xüsusilə evdar xanımlar üçün praktik və asan hazırlanan reseptlər paylaşaraq gündəlik mətbəx işini daha faydalı və sağlam edir. Bununla yanaşı, unudulmuş milli yeməkləri yenidən gündəmə gətirir, onların reseptlərini paylaşaraq milli mətbəximizin yaşadılmasına töhfə verir.
O, arıqlamaq və kökəlmək istəyənlər üçün fərqli qidalanma proqramları, düzgün pəhriz məsləhətləri təqdim edir. Eyni zamanda bədənin zərərli və toksik maddələrdən təmizlənməsi üçün hazırladığı təbii detoks reseptləri izləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Bu fəaliyyət sosial şəbəkələrdə sağlam həyat tərzinin təbliği baxımından mühüm rol oynayır. Onun milyonlarla izlənən videoları sübut edir ki, sağlam qidalanma mövzusu cəmiyyət üçün aktual və vacibdir.
























