Rahat Telecom insanları “narahat” edir: Bu provayderə niyə nəzarət yoxdur?backend

Rahat Telecom insanları “narahat” edir: Bu provayderə niyə nəzarət yoxdur?

Jurnalist Orxan Məhərrəmov “Rahat Telecom” provayderinin fəaliyyətindən narazılığını bildirib.

Onun sözlərinə görə, uzun müddətdir istifadə etdiyi internet xidmətində tez-tez problemlər yaranır:

“Xeyli müddətdir ərazimizdə internetlə bağlı fasilələr olur. Qaynar xəttə müraciət etdikdə bəzən zənglərə cavab verilmir, bəzən isə telefonu ‘adboy’a qoyub müştəriləri yola verirlər. İnternet düzəldikdən sonra bir müddət keçməmiş eyni problem yenidən təkrarlanır”, – deyə jurnalist qeyd edib.

Orxan Məhərrəmov əlavə edib ki, bəzən 7-8 saat ərzində internet tamamilə kəsilir və yalnız texnik mütəxəssis gəldikdən sonra bərpa olunur:

“Problem aradan qaldırılsa da, bir neçə gün sonra yenidən eyni vəziyyət yaranır. Dəfələrlə şikayət etməyimizə baxmayaraq, dəyişən heç nə yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki