Hər zaman yeniliklərə imza atan, fərqli layihələrdə uğurlu çıxışı ilə seçilən Xalq artisti Tünzalə Ağayeva yenə də sevənlərini təəccübləndirib.
İNFOAZ.WS-in məlumatına görə, pop ulduz bu dəfə podiumda boy göstərib. Sənətçi məşhur dizayner Lali Rüstəmovanın sonuncu kolleksiyasının dəfiləsində model qismində iştirak edib.
Qırmızılara bürünən şou-biznesin əfsanəsi obrazı ilə göz oxşayıb.
























