Azad Şabanov ilk dəfə may ayında Heydər Əliyev Sarayında baş tutan “Bir Əsər” adlı konsertində səsləndirdiyi “Qızım” mahnısını dinləyicilərə təqdim edib.
İNFOAZ.WS xəbər verir ki, sənətçi bu mahnının illər öncə Sofiya adlı bir qıza yazıldığını bildirib.
Mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur.
Səhnədə Azad, “Oyuq” Uşaq Teatrının istedadlı aktyorları və Əməkdar artist Həcər Ağayeva yer alıb. Onlar həmin əsəri yaradıcı şəkildə səhnələşdiriblər.
Sənətçinin “Qızım” mahnısını bütün musiqi platformalarında dinləyə bilərsiniz.























