Tünzalə Ağayevabackend

Tünzalə Ağayeva bu dəfə onunla duet oxudu – VİDEO

Tünzalə Ağayevanın növbəti işə imza atıb.

Xalq artisti  bu dəfə gənc həmkarı Rəvan Qaçayevlə duet ifa edib.

Milli ab-havada olan aşıq mahnısı “Cəngi Koroğlu” adlanır.

“Koroğlu” dastanından olan əsər musiqisevərlər tərəfindən maraqla qarşılanılıb.

Xalq artisti yaranan işlə bağlı təəssüratlarını bölüşüb:

“Mən aşıq elinin övladıyam. Ruhuma aşıq, ozan musiqisi hopub. Köklərimizə toxunmaq, məşhur aşıqlarımızın səsləndirdiyi “Cəngi Koroğlu” dastanını yenidən, fərqli yanaşma ilə ifa eləmək inanılmaz möhtəşəm duyğudur. Nə qədər də pop janrı ilə məşğul olsam da, ilham aldığım yer məhz milli və aşıq musiqisidir.

“Koroğlu Cəngisi”ni də xüsusi sevirəm. Çox vətənpərvər əsərdir. Duet tərəfdaşım Rəvan Qaçayevi çox bəyənirəm. Onun səsinə heyranam. Bütün uğurlara çox sevinərəm. Bu işimizi böyük tədbirlərin birində təqdim etdik. Mahnının ritmləri, ab-havası məndə çox fərqli hisslər yaşadır. İlkin Valehoğluya da təşəkkür edirəm. O, bu işdə bütün incə detalları yüksək peşəkarlıqla önə çıxardıb. Biz ənənəmizə, irsimizə, kökümüzə çox ehtiyatla yanaşırıq. Hər bir işimdə də buna diqqət edirəm. Bir daha hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, əsərin yeni aranjımanını İlkin Valehoğlu edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki