image-thumbbackend

Müstəqillik tariximizin Zəfər zirvəsi

 İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Bu gün biz torpaqlarımızın azad olunmasının ildönümünü qeyd edir, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağdan verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmədi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü bərpa etdi.

Beş il əvvəl il bu vaxt, yəni noyabrın 9-da bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək torpaqlarımızın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Bu sevinci heç bir sözlə ifadə etmək olmur.Lakin ən çox sevinən 30 il dədə-baba yurdundan didərgin düşən insanlar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmazdı.

Azərbaycanın bu gün öz daxili imkanlarına arxalanaraq, yeganə rəqibinin zaman olduğunu önə çəkərək bərpa və quruculuq istiqamətində atdığı addımlar Böyük Qayıdışın tezliklə gerçəkləşməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərimizəsoydaşlarımızın qayıdışı, orada yeni həyatın başlanması islahatları qaçılmaz edir. Artıq məlumdur ki, bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılıb. Qarabağımız yeni idarəçilik əsasında bərpa edilir və böyük mədəniyyət və turizm məkanına çevriləcək.

İşğaldan azad olunmuş ərazilərin bərpası əsasən infrastruktur sahələrindən başlamaqla kompleks xarakter daşıyır.  Həm yollar bərpa olunur, həm enerji ilə təminat yoluna qoyulur, həm də kənd və şəhərlərin bərpası üçün yeni layihələr icra olunur.

Ümumiyyətlə, işğaldan azad olunan torpaqlarda inşa olunan bütün yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.Bununla da öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Zəngilana qayıtmaq arzusu ilə yaşayıb. Əminik ki, işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.

Firuz Mehdiyev,

Ocaqlı kənd 1 nömrəli tam orta məktəbində müəllim,

Vətən müharibəsi qazisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki