image-tbrz
image-benzin76-620x403backend

Yanacaqla bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 101,6 mln. manat xərclənib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 6% üstələyib.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki