image-tbrz
Azərbaycanda benzin bu tarixdə ucuzlaşacaqbackend

Yanacaq kəskin bahalaşdı – Yeni tarixi maksimum

“Premium-95” markalı benzinin qiyməti artmaqda davam edir.

İNFOAZ.WS publika.az-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Ticarət Birjası məlumat yayıb. Bildirilir ki, bu marka artıq ikinci gündür ki, yeni tarixi maksimum müəyyən edib.

İyulun 5-də keçirilən ticarətin yekunu üzrə Aİ-95 markalı benzinin qiyməti 1,25% artaraq bir ton üçün 77,967 min rubl (təxminən 1661 manat) təşkil edib ki, bu da yeni rekorddur.

Aİ-92 markalı benzin isə 1,01% bahalaşaraq bir ton üçün 67,314 min rubl (təxminən 1434 manat) təşkil edib. Onun qiyməti də 2023-cü ilin sentyabrında qeydə alınan tarixi maksimuma yaxınlaşır.

Qeyd edək ki, dizel yanacağının dəyəri 0,29% artaraq bir ton üçün 58,305 min rubl (təxminən 1242 manat), soba mazutu – 0,19%, ton üçün 23 min rubl (təxminən 490 manat) təşkil edib. Təyyarə yanacağı (aviasiya kerosini) 5,64% bahalaşaraq bir ton üçün 70,986 min rubl (təxminən 1512 manat), mayeləşdirilmiş neft qazları isə 2,55% ucuzlaşaraq bir ton üçün 18,506 min rubl (təxminən 394 manat) təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki