image-tbrz
image-1backend

Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı bu il üzrə ölkədə 3,3% iqtisadi artım proqnozlaşdırıb.

İNFOAZ.WS xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, 2026-cı ildə 2,4 faiz iqtisadi artım proqnozlaşdırılıb. Qeyri neft-qaz sektoru üzrə bu rəqəm müvafiq olaraq 4,7% və 4,6% olacaq.

O əlavə edib ki, ümumilikdə Mərkəzi Bankın makro-iqtisadi proqnozları müsbətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki