image-tbrz
image-13backend

Qızıl ilin əvvəlindən 500 dollardan çox bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb.

İNFOAZ.WS birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti cari ilin əvvəli ilə müqayisədə 20.2% və ya 534 ABŞ dolları artaraq 3175 ABŞ dolları təşkil edib.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə cari ilin əvvəli ilə müqayisədə 18.4% və ya 5.4 ABŞ dolları artaraq 34.8 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki