image-tbrz
image-47backend

“Qarabağ”dan dava açıqlaması: Qurbanovun nəzarətindədir!

Baş məşqçimiz lazımi tədbiri görəcək.

İNFOAZ.WS xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə “Araz-Naxçıvan”la oyununda baş vermiş insidentlə bağlı danışarkən deyib.

O, məsələnin klubun baş məşqçisi Qurban Qurbanovun nəzarətində olduğunu bildirib:

“Baş məşqçi bununla bağlı açıqlama verib və bütün məsələlər onun səlahiyyətindədir. Klubun futbolçuları da tam olaraq Qurban Qurbanovun nəzarətindədir. Lazım olan nə tədbir varsa, baş məşqçi tərəfindən görüləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki