“Real” La Liqanın 32-ci turunda bu gecə “Atletik”lə qarşılaşacaq.
İNFOAZ.WS Qol.az-a istinadən xəbər verir ki, Madrid klubu Bilbao” təmsilçisi ilə matçda xal itirərsə, komandanın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilə bilər.
Kral Klubunun rəhbərliyi “Atletik”lə oyunu son şans kimi qəbul edir. Bu oyundan sonra Ançelotti qovulsa, mövsümün sonuna kimi müvəqqəti baş məşqçi təyin olunacağı bildirilib.
“Real”ın Çempionlar Liqası ilə vidalaşmasından sonra Ançelottinin qovulma ehtimalının artdığı barədə daha əvvəl də məlumatlar yayılıb. “Bayer”i çalışdıran Xabi Alonso Ançelottinin əvəzedicisi kimi nəzərdən keçirilir.
Qeyd edək ki. “Real” – “Atletik” matçı Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.