image-tbrz
Portuqaliya UEFA Millətlər Liqasının qalibi oldubackend

Portuqaliya UEFA Millətlər Liqasının qalibi oldu

UEFA Millətlər Liqasının final matçı başa çatıb.

İNFOAZ.WS xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi ilə İspaniya seçməsi üz-üzə gəliblər.

Matç qarşılıqlı qollarla keçib. 21-ci dəqiqədə hesabı ispanlar açıblar. Zubimendi fərqlənib. 5 dəqiqə sonra Mendes hesabı bərabərləşdirib.

45-ci dəqiqədə Oyarzabal ispanları yenidən hesabda önə çıxarsa da, ikinci hissədə Ronaldu yenidən oyunda tarazılığı bərpa edib – 2:2. 40 yaşlı oyunçu həm də turnirdə qol vuran ən yaşlı futbolçu olub.

Matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Burada isə daha dəqiq olan portuqallar (5:3) Millətlər Liqası kubokuna yiyələniblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki