image-tbrz
image-40backend

Ümid Karan həbs edildi

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ümid Karan barəsində həbs qərarı çıxarılıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sabiq futbolçu 2015-ci ildə yaşadığını binanın xanım mühafizəçisinə qarşı cinsi zorakılıb edib. Həmin vaxt Bakırköy 37-ci Asliyə Cəza Məhkəməsi dəlil çatışmazlığı səbəbi ilə Karan haqqında bəraət qərarı vermişdi.

Daha sonra qarşı tərəfin etirazı ilə sənədlər apellyasiya məhkəməsinə göndərilib.

Yeni məhkəmə prosesində sabiq futbolçuya 1 il 9 ay hökm oxunub. Ü.Karan Bakırköy Ədliyyəsindən Metris həbsxanasına göndərilib.

Xatırladaq ki, sabiq futbolçu 2001-2009-cu illər arasında “Qalatasaray”da çıxış edib. O, son olaraq televiziyada ekspert kimi fəaliyyət göstərirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki