image-tbrz
image-2backend

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 5-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti bahalaşıb.

İNFOAZ.WS xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 3.36% bahalaşaraq 86 967 ABŞ dolları təşkil edib.

Son bir gündə “Ethereum”un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.33% artaraq 2 173 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.27%, BNB 4.80%, Tether isə 0.02% bahalaşıb.

Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki