Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin dəyəri 93,6 milyon ABŞ dolları təşkil edib.
İNFOAZ.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7 dəfə çoxdur.
Son 1 ildə Azərbaycanın Kanadaya ixracının dəyəri 1,9 dəfə artaraq 0,4 milyon ABŞ dollarına, bu ölkədən idxalın dəyəri isə 48,2 dəfə artaraq 93,2 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Kanadanın Azərbaycanın ümumi ixracında payı 0,01%, ümumi idxalında payı isə 2,25% olub.