Rusiya bu yaz Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Le Figaro”ya müsahibəsində deyib.
“Vladimir Putin vaxt qazanmağa çalışır və xüsusilə Sumı və Xarkov bölgələrinə yeni hücum üçün hazırlıq aparır. Biz qarşıdan gələn bu əməliyyata hazırlıq görürük” – deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Putin bu əməliyyata 8 ay əvvəl başlamaq istəyib, ancaq Kursk əməliyyatı buna mane olub, buna görə indi Putinin vaxta ehtiyacı var.