image-tbrz
image-168906faf322052f273b37504b0cd1d2backend

Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı

Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə işçisi Eyüp Derelinin, yanğından qısa müddət əvvəl “Maaşımıza bu ay bonus ala biləcəyikmi?” məzmunlu mesaj göndərdiyi ortaya çıxıb.

İNFOAZ.WS milli.az-a istinadən xəbər verir ki, Derelinin bu sualı əks etdirən mesajı ailəsini və sevənlərini dərindən sarsıdıb. Həmin mesaj həm dolanışıq çətinliyi içində çalışan meşə işçilərinin üzləşdiyi problemləri, həm də canları bahasına apardıqları mübarizəni bir daha göz önünə gətirib. Baş verən acı hadisə ictimaiyyətdə böyük rezonans doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki