image-tbrz
image-67a82a351d8a767a82a351d8a8173907410167a82a351d8a567a82a351d8a6backend

Trampla Putin arasında telefon danışığı baş tutub

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişəni müzakirə edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “New York Post”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Vladimir Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.

Ağ Ev rəhbəri həmçinin Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki