Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.
“Berlinin hərbi əməliyyatları dayandırmaq üçün Alman hərbçilərini göndərməyə hazır olub-olmaması məsələsi indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil”,- Şoltz qeyd edib.
“Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı və ya bunun olub-olmaması barədə heç bir məlumatımız yoxdur,”-Şoltz vurğulayıb.