Kişinyovda polis tərəfindən saxlanılan Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Rusiya və Türkiyə liderlərinə müraciət edib.
İNFOAZ.WS xəbər verir ki, Qutsul Vladimir Putin və Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
O, ötən gün Kişinyov hava limanında 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb, həbsi istənilir.