image-tbrz
image-yevgeniya-qutsulbackend

Qutsul bu dəfə kömək üçün Trampa üz tutdu

Moldovada həbs edilən Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ABŞ Prezidenti Donald Trampa mənəvi və siyasi dəstək istəyi ilə müraciət edib.

İNFOAZ.WS  xəbər verir ki, bu barədə “Nyusmaker” məlumat yayıb.

O, müraciətində Amerika liderini qaqauz xalqını qorumaq və böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik resurslardan istifadə etməyə çağırıb.

Qutsul bildirib ki, muxtariyyət Kişinyovdan görünməmiş təzyiqlərə məruz qalır, onun sözlərinə görə, bu, müxalifəti məhv edir və qaqauz xalqının hüquqlarını pozur.

Qeyd edək ki, o, bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana da oxşar açıq məktub göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki