image-tbrz
image-61backend

Qətər əmiri Tehrana gəldi

Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani bu gün Tehrana səfər edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qətər əmirinin İranın yüksək rütbəli rəhbərliyi ilə görüşlərinin planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Qətər nüvə məsələsində İran və ABŞ arasında vasitəçi rolunu oynamaq istədiyini bəyan etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki