Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.
İNFOAZ.WS-in xəbərinə görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
İran XİN başçısının gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, eləcə də beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.
Eyni zamanda danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair müzakirələrin də diqqət mərkəzində olması gözlənilir.
Xatırladaq ki, A. Araqçi səfərdən öncə V. Putinə İranın Ali liderinin məktubunu təqdim edəcəyini açıqlayıb.