image-tbrz
image-67ea743d27e2167ea743d27e22174341842967ea743d27e1f67ea743d27e20backend

Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla təmaslara tamamilə açıqdır.
İNFOAZ.WS xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, lazım gələrsə, Putinlə Trampın telefon danışığı operativ şəkildə təşkil olunacaq.
Kremlin sözçüsü Putinin qrafikində Trampla telefon danışığının hələ ki olmadığını söyləyib: “Hazırda planlaşdırılmış telefon danışığı yoxdur. Amma bir daha təkrar edirəm: Prezident Putin belə ünsiyyətə açıq qalır. Lazım gələrsə, belə bir söhbət çox tez razılaşdırıla bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki