NATO-ya üzv ölkələr bazar ertəsi genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayır.
İNFOAZ.WS xəbər verir ki, aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək.
Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq.
Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq.