image-tbrz
image-millimiz-en-yeniibackend

Millimizin oyunu niyə gec başlayacaq?

AFFA bu gün Azərbaycan milli komandasının Belarusla yoldaşlıq görüşünün yerini və vaxtını açıqlayıb. Hər iki detalla bağlı fərqlilik ortaya çıxıb.

İNFOAZ.WS  Publika.az-a istinadən xəbər verir ki, yığma tarixində ilk dəfə rəqibini Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da qəbul edəcək. Bu da martın 25-də baş tutacaq qarşılaşmaya təsadüf edəcək.

Digər maraqlı məqam isə matçın başlama vaxtı ilə əlaqədardır. AFFA qarşılaşmanın saat 21:45-də başlayacağını açıqlayıb. Bu isə Azərbaycan futbolu üçün adət etmədiyimiz vaxtdır. Adətən rəsmi qarşılaşmalar UEFA-nın müəyyən tələbləri əsasında bu vaxtda keçirilir. Digər hallarda isə görüşlər ən geci 21:00-da başlayır.

Məsələ ilə bağlı AFFA-dan bildirilib ki, oyunun gec başlaması Ramazan ayı ilə əlaqədardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki