ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi yaxın gələcəkdə İspaniya “Barselona”sına qayıdacaq.
Bu barədə jurnalist Aleks Kandal bildirib. Onun sözlərinə görə, Messi yenilənmiş “Kamp Nou”da oynamadan karyerasını bitirməyə hazır deyil.
Kandal vaxtilə Messinin “İnter Mayami”yə keçəcəyini də hamıdan əvvəl açıqlamışdı.