image-tbrz
image-1-148backend

Məşhur aktyorun vəziyyəti AĞIRLAŞDI

Məşhur aktyor Müjdat Gezenin səhhətində problem yaranıb.

İNFOAZ BAKU.WS-a istinadən xəbər verir ki, o Muğla şəhərində tamaşaya hazırlaşıb. Lakin tamaşadan əvvəl halı pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

Muğla Büyükşehir Bələdiyyəsinin yaydığı məlumatda, aktyorun səhhəti səbəbilə tamaşasının yarım qaldığı qeyd edilib:

“31 Muğla Mədəniyyət və İncəsənət Festivalında təşkil edəcəyimiz Müjdat Gezenin tamaşası, onun yaşadığı sağlamlıq problemləri səbəbindən ləğv edilib. Artıq evində istirahət edən sənətkarımıza şəfa arzulayırıq”.
Tanınmış aktyorun tamaşadan əvvəl halı pisləşdi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki