Amerikalı milyarder İlon Mask uşaqlarının analarına onlar 21 yaşına çatana kimi haqlarında heç bir məlumatın açıqlanmaması qarşılığında hər ay 100 min və ya birdəfəlik 15 milyon dollar təklif edib.
İNFOAZ.WS Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ın eksklüziv araşdırmasında qeyd olunur.
Nəşrin məlumatına görə, 2023-cü ildə Maskın övladını dünyaya gətirən mühafizəkar fəal Eşli Sent Klerə də analoji şərtlər təklif olunub. Ancaq Kler razılaşmanı pozub və mediada uşaqla bağlı məlumatlar yayılmağa başlayıb. Bundan sonra ona verilən alimentin məbləği azalıb.
Məlumata görə, Kler daha sonra atalıq testi etdirib və nəticədə aliment 40 min dollara qədər salınıb. Jurnal Maska müraciət edərək rəsmi açıqlama almağa çalışdığı üçün Krelə verilən aliment 20 min dollara endirilib.
Qeyd edək ki, İlon Maskın ümumilikdə 14 övladı var.