image-tbrz
image-67e6a71c164f267e6a71c164f3174316930867e6a71c164f067e6a71c164f1backend

Makron: İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur

Fransa Prezidenti Emmanuel Makron İsrailin bu gün Livana endirdiyi hava zərbələrini pisləyib və bunu atəşkəsin pozulması kimi qiymətləndirib.

İNFOAZ.WS xəbər verir ki, Makron Beyruta edilən hücumların qəbuledilməz olduğunu vurğulayaraq İsrailin bu addımının heç bir əsası olmadığını bildirib.

Makron İsrailin zərbələrinə haqq qazandıran heç bir fəaliyyətin olmadığını və hücumları müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edəcəyini vurğulayıb.

“Livan və İsrailin razılaşdığı çərçivə bu gün İsrail tərəfindən birtərəfli qaydada pozulub. İsrailin bu gün Livana zərbələrinin heç bir əsası yoxdur. Yaxın 48 saat ərzində İsrailin Baş naziri ilə danışacağam”, – Makron əlavə edib.

Parisdə səfərdə olan Livan Prezidenti Cozef Aun isə Makronla görüşü zamanı İsrailin Beyruta hava hücumlarını pisləyib və bunu atəşkəs razılaşmasının İsrail tərəfindən pozulmasının davamı kimi qiymətləndirib.

Qeyd edək ki, “Reuters” agentliyinin məlumatına görə, İsrailin hərbi hava qüvvələri bu gün Livan paytaxtının cənub ətraflarına zərbələr endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki