image-tbrz
image-18backend

Lavrov Türkiyəyə səfər edəcək

Aprelin 11-də Qazaxıstanda Rusiya və Mərkəzi Asiya xarici işlər nazirlərinin VIII görüşü keçiriləcək.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı həmin görüşdə iştirak edəcək.

Zaxarova növbəti gün xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcəyini qeyd eib. O vurğulayıb iki, forum çərçivəsində Rusiya XİN rəhbərinin ikitərəfli görüşləri nəzərdə tutulub.

Rusiya XİN sözçüsü aprelin 14-də Lavrovun Moskvada BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun iclasında iştirak edəcəyini də qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki