image-tbrz
image-43backend

Kobaxidzedən Antalyada Rusiya açıqlaması

Gürcüstan mövcud ərazi problemlərinə baxmayaraq, Rusiya ilə münasibətlərin sülhsevər baxışını izləyir.

İNFOAZ.WS  xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Antalyadakı Diplomatik Forumda çıxışında deyib.

“Belə vəziyyətdə biz çox sülhpərvər və praqmatik baxışı izləyirik. Bizim Rusiya Federasiyası ilə diplomatik münasibətlərimiz yoxdur, lakin eyni zamanda fəal iqtisadi siyasət yürüdürük. Rusiya ilə iqtisadi və ticarət tərəfdaşlığımız var ki, bu da bizim baxışımızın bir hissəsidir”, – Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz regionunda sülhsevər siyasət yürüdür:

“Bizim kiçik regionumuz kifayət qədər mürəkkəbdir, müxtəlif ölkələr arasında münaqişələr davam edir. Lakin Gürcüstan regionda, o cümlədən Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi baxımından həmişə çox müsbət rol oynayıb. Və qonşu ölkələrimiz, düşünürəm ki, Gürcüstanın əməkdaşlığın dərinləşdirilməsi və ətrafımızda sülhün möhkəmləndirilməsi baxımından müsbət rolunu yüksək qiymətləndirirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki