image-tbrz
image-29backend

Kobaxidze “Gürcü Arzusu”nun sədri seçilib

Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib.

İNFOAZ.WS xəbər verir ki, müvafiq qərar bu gün qəbul edilib.

O, 2021-2024-cü illərdə artıq bu vəzifəni tutub.

Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki