image-tbrz
image-israilbackend

İsrail qırıcıları Hizbullahın obyektlərini vurdu

İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərbi obyektlərinə hücum edib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı məlumat yayıb.

Məlumata görə, Ayt-əş-Şaab, Arnun, Zautar və Kfar-Tibnit yaşayış məntəqləri zərbələrə məruz qalıb.

Dağıntılar altında qalanların olduğu bildirilir.

***

İsrail qırıcıları Livanın paytaxtı Beyrutun Dahiya rayonunda Hizbullah PUA-larının saxlanıldığı anbara zərbə endirib.

Bu barədə İsrail ordusundan məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki