image-tbrz
image-67ea762e71bb367ea762e71bb4174341892679f02d14352765ae8e7df10c9bf1d7c3backend

İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib

Tehran ABŞ Prezidenti Donald Trampın İrana qarşı bəyanatından sonra ABŞ-ın İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Donald Trampın nüvə razılaşması əldə olunmadığı təqdirdə, İranı bombalayacağı xəbərdarlığından sonra İran İsveçrə nümayəndəsini XİN-ə çağırıb və diplomata etiraz notası təqdim olunub.
Görüşdə İran XİN-in Amerika üzrə Baş İdarəsinin rəisi İsa Kameli İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə etirazını bildirərək, İranın belə təhdidlərə qəti şəkildə cavab verəcəyini bəyan edib.
İsveçrəli diplomat İranın etirazını tezliklə ABŞ tərəfinə çatdıracağını bildirib.
Qeyd edək ki, ötən gün Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bomba hücumuna məruz qalacağı ilə bağlı xəbərdarlıq etmişdi.
İranın Ali Rəhbəri Seyid Əli Xamenei isə bəyan edib ki, ABŞ Prezidenti İrana hücum edərsə, güclü zərbə ilə üzləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki