HƏMAS “hökumətinin” “baş naziri” İssam əd-Dəllis İsrail aviasiyasının Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, raketlərdən biri onun olduğu evə düşüb.
Qeyd edək ki, martın 18-də İsrail aviasiyasının Qəzzaya zərbələri nəticəsində 310 nəfər ölüb.
***
HƏMAS Qəzza hökumətinin baş nazirinin və hərəkatın digər dörd tanınmış üzvünün İsrailin ötən gecə anklava endirdiyi endirdiyi hava zərbələri nəticəsində öldüyünü təsdiqləyib.
Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Məlumata görə, HƏMAS İsrailin hava hücumu nəticəsində öldürülən ölümünü təsdiqləyib:
“İsrail Hərbi Hava Qüvvələrinin anklava endirdiyi zərbələr nəticəsində Qəzzanın baş naziri İssam əd-Dəllis, hərəkatın siyasi bürosunun üzvü Yasir Harb, hərəkatın daxili təhlükəsizlik xidmətinin rəhbəri Bəhcət Əbu Sultan, Qəzzadakı HƏMAS hökumətində daxili işlər nazirinin müavini olan Mahmud Əbu Vətfa və Qəzza zolağı üzrə ədliyyə nazirinin müavini Əhməd əl-Hətta öldürülüb”, – məlumatda bildirilib.(axar.az)