İsrail fevralın 22-də azad etməli olduğu bir qrup məhbusu azad edənə qədər HAMAS vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib.
İNFOAZ.WS xəbər verir ki, “Al Jazeera“ telekanalının məlumatına görə bunu hərəkatın nümayəndəsi Mahmud Mərdavi deyib.
“Altı israilli girovun təhvil verilməsi müqabilində razılaşdırılmış məhbuslar azad edilənə qədər, vasitəçilər vasitəsilə düşmənlə heç bir danışıqlar aparılmayacaq”, – bildirib.