Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransaya səfərə gedəcək.
İNFOAZ.WS xəbər verir ki, səfər zamanı Türkiyəli nazir fransalı həmkarı Jan-Noel Barro ilə ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Suriyadakı vəziyyət ətrafında müzakirələr aparacaq.
Tərəflər həmçinin, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətləri də diqqət mərkəzində saxlayacaq.