Fransanın Milli Birlik Partiyasının sədri Jordan Bardella Marin Le Penin hökmü ilə əlaqədar bütün Fransada genişmiqyaslı etiraz aksiyaları keçirəcəyini vəd edib.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Bardella “Cnews” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, fransızlar qəzəblənməlidir, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik, vərəqələr paylayacağıq”, – o bildirib.
Eyni zamanda o qeyd edib ki, xanım Le Penin işi üzrə hökm çıxaran hakimlərə ünvanlanan hər hansı təhdid və təhqir yolverilməzdir.
Qeyd edək ki, martın 31-də Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. O, dörd il müddətinə ev dustaqlığına məhkum edilib, cəzanın iki ili şərti olub. Həmçinin Le Pen də 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirak edə bilməyəcək.(axar.az)