image-tbrz
image-68backend

Fransa Ukraynaya döyüş təyyarələri göndərdi

Fransa ilk “Mirage 2000” qırıcılarını Kiyevə göndərib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekorn X platformasında paylaşım edib.

“Qırıcıların bir hissəsi bu gün Kiyevə çatıb. Fransada aylarla təlim keçmiş ukraynalı pilotlarla birlikdə bu təyyarələr Ukrayna səmasını qoruyacaq”, – o yazıb.

Qeyd edək ki, 2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron “Mirage 2000” qırıcılarını Ukraynaya təhvil veriləcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki