Tayland sahilində dəhşətli hadisə baş verib.
İNFOAZ.WS, Daily Mail-a istinadla bildirir ki, Taylandda bir gənc qadın qayadan dənizə atılarkən faciəvi şəkildə dünyasını dəyişib.
Qeydə alınmış video görüntülərdən görünür ki, rus qadın Koh Samui adasındakı gözəllik nöqtəsində dayanıb. Ancaq nəhəng dalğa onu yuyub aparıb.
O, Tayland Körfəzində dalğalarla mübarizə apararkən görünüb, amma onu xilas etmək mümkün olmayıb və boğularaq ölüb.
Qeyd edək ki, cəsədi itkin düşdüyü yerdən təxminən iki kilometr məsafədə sahildə tapılıb.
Fatimə Məmmədova