image-tbrz
image-5-15-768x403backend

Daha bir ölkə Kosovonu tanıdı

Kosovanı dövlət başçısı Osmani Keniyanın Kosovonu rəsmi olaraq tanıdığını açıqladı.

İNFOAZ.WS cebheinfo.az-a istinadən xəbər verir ki, Kosovo Prezidenti Vjosa Osmani sosial media hesabından etdiyi paylaşımda Keniya Prezidenti Vilyam

Rutonun Kosovonun müstəqilliyini tanımaq qərarının Kosovo Rəyasət Heyətinə çatdırıldığını bildirib.

Keniyanın Kosovonu tanımasını alqışlayan Osmani deyib:

“Bu tanınma Kosova xalqının azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü hüququna davamlı dəstəyin nümayişidir. Bu, həm də Kosovalıların uzun müddətdir davam edən iztirablarını və öz azadlıqları uğrunda əsrlər boyu çəkdikləri əzabları tanımaq deməkdir”.

Osmani Kosovo ilə Keniya arasında əlaqələrin müxtəlif sahələrdə dərinləşəcəyini və tezliklə diplomatik əlaqələr quracaqlarını, iki dövlət və xalqları arasında güclü və uzunmüddətli tərəfdaşlıq quracaqlarını qeyd edib.

Xatırladaq ki, Kosovo 17 fevral 2008-ci ildə Serbiyadan birtərəfli müstəqilliyini elan edib.

Kosovo Keniya istisna olmaqla 117 ölkə tərəfindən müstəqil dövlət kimi tanınır, lakin Serbiya bu tanımaları ləğv etmək üçün kampaniya aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki