image-tbrz
image-67ea4260847a667ea4260847a7174340566467ea4260847a467ea4260847a5backend

Almaniya prezidenti Ermənistana səfər edib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender regional səfər çərçivəsində dünən axşam saatlarında Ermənistana gediblər.

İNFOAZ.WS Ermənistan KİV-ə istinadən xəbər verir ki, onları Zvartnots hava limanında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qarşılayıb.

Ştaynmayerin Ermənistanda ER prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidentinin mətbuat xidməti Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 30 mart – 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki