Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayacaq.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Biz mühüm qərar qəbul etdik – 16-cı sanksiyalar paketini təsdiq etdik. 17-ci paket üzərində işləməyə davam edəcəyik”, – Kallas vurğulayıb.