image-tbrz
image-ag_ev-2backend

ABŞ “Azadlıq” radiosuna maliyyəni bərpa etdi

Amerika Birləşmiş Ştatlarının Qlobal Media Agentliyi (USAGM) “Azadlıq” radiosu üçün qrantın ləğvi ilə bağlı qərarını geri götürmək qərarına gəlib.

İNFOAZ.WS xəbər verir ki, bu barədə USAGM rəhbərinin baş məsləhətçisi Keri Leyk tərəfindən imzalanmış məktubda deyilir.

Bildirilib ki, agentliyin 15 mart tarixli əvvəlki qərarı ləğv edilib və qrant müqaviləsi artıq qüvvəyə minib.

Qeyd olunur ki, agentlik gələcəkdə qrantı ləğv etmək hüququnu özündə saxlayır.

Xatırladaq ki, bundan öncə “Azadlıq” radiosu və “Amerikanın səsi”nə ayrılan maliyyənin dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən rədd edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki