image-tbrz
image-1000036972backend

Saxta içki 1 can daha aldı – FACİƏ

İstanbulun Fatih şəhərində M.B, Z.S ve M.Ö adlı şəxslər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İNFOAZ News24.az-a istinadən xəbər verir ki, hadisədən sonra Fatih Rayon Polis Şöbəsi qrupları spirtli içki satdığı təsbit edilən B.S barəsində araşdırmalara başlayıb.

O, tutularaq nəzarətə götürülüb.

Xəstəxanada müalicəsi davam etdirilən M.B isə bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Tutulan şübhəli B.S “Qəsdən adam öldürmə” cinayətinə görə sövq edildiyi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki