Xorvatiyanın Zaqreb şəhərində yerləşən məktəbdə bıçaqlanma hadisəsi olub,ölən var.
İNFOAZ.WS CNN-ə istinadən xəbər verir ki, Zaqrebdə yerləşən ibtidai məktəbdə baş verən bıçaq hücumu nəticəsində yeddi yaşlı qız dünyasını dəyişib, səkkiz nəfər isə yaralanıb.
19 yaşlı hücumçunun keçmiş tələbə olduğu ehtimal edilir. Bu gün səhər erkən saatlarda Preçko İbtidai Məktəbinin birinci sinif otağına daxil olub və müəllimə ilə bir neçə uşağa bıçaqla hücum edib.
Yaralılar helikopterlə şəhərin müxtəlif xəstəxanalarına aparılıb. Sveti Duh Xəstəxanasının məlumatına görə, müəllim ağır yaralanıb və kritik vəziyyətdədir.
Qeyd edək ki, Zaqreb polisi hücumçunun polis nəzarətində olduğunu bildirib.
Fatimə Məmmədova