image-tbrz
image-image_940x_68349a6a5f182backend

Yük maşını qatarla toqquşdu, YARALANANLAR VAR

Almaniyada yük maşını ilə qatarın toqquşması nəticəsində azı dörd nəfər yaralanıb.

İNFOAZ.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə Veyz rayonunda baş verib.

Məlumata görə, xəsarət alanlardan biri – yük maşınının sürücüsünün durumu ağırdır. Azı üç sərnişin isə yüngül xəsarət alıb.

Qeyd olunub ki, hadisə nəticəsində yük maşını tamamilə yanıb.

Əraziyə 70-dən çox yanğınsöndürən cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki